Dmitri Peskov: Heydər Əliyevin Sovet İttifaqının tarixində oynadığı yüksək rolu qiymətləndirməmək olmazbackend

Dmitri Peskov: Heydər Əliyevin Sovet İttifaqının tarixində oynadığı yüksək rolu qiymətləndirməmək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında isti münasibət olub.

Editor.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, “Prezident Putinin Heydər Əliyevlə çox isti münasibətləri var idi.

O, həqiqətən də Əliyevə çox hörmət edirdi. Onlar dəfələrlə ünsiyyətdə olublar. Əslində, indiki ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin möhkəm təməlləri o zaman qoyulub. Eyni münasibətlər İlham Heydər oğlu ilə də davam etdirilir. Yəni “İndi bizim nəyimiz varsa, təməlləri o zaman qoyulub. Təbii ki, Heydər Əliyevin ümumi tariximizdə, Sovet İttifaqının tarixində oynadığı rolu yüksək qiymətləndirməmək olmaz. O, həqiqətən də böyük şəxsiyyət olub”, – Peskov vurğulayıb.mir

   //Samir Qurbanov,Editor.az