Kreml “Normandiya dördlüyü” (Rusiya, Almaniya, Ukrayna, Fransa) liderlərinin Minsk razılaşması çərçivəsində bağlı qapılar arxasında keçirilən danışıqlarının stenoqramını dərc etmək niyyətində deyil.
Editor.az bildirir ki, bu barədə TASS-a müsahibəsində prezidentin mətbuat katibi Dmitri Peskov bildirib: “Biz praktiki olaraq heç vaxt bunu etməmişik və indi də etməyəcəyik”, – Kremlin sözçüsü deyib. İlk Minsk razılaşmaları 2014-cü ilin sentyabrında üçtərəfli təmas qrupunun (Rusiya, Ukrayna, ATƏT) nümayəndələri tərəfindən imzalanıb. İkinci Minsk razılaşması isə 2015-ci ildə imzalanıb və burada da Almaniya və Fransanın nümayəndələrinin iştirak ediblər.
Fransanın keçmiş prezidenti Fransua Olland bildirib ki, Minsk razılaşmaları Ukraynaya hərbi potensialını gücləndirməyə kömək edib. Almaniyanın keçmiş kansleri Angela Merkel deyib ki, razılaşmalar Ukraynaya “güclü olmaq” üçün “vaxt vermək” cəhdidir. Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Surkov isə qeyd edib ki, Minsk razılaşmalarını hazırlayarkən onların həyata keçirilməsinə ümid etməyib.
//Samir Qurbanov, Editor.az