Kreml Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sülhməramlı səylərini yüksək qiymətləndirir.
Editor.az bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkmənistanın keçmiş rəhbəri Qurbanqulu Berdiməhəmmədovun cənab Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini dəstəklənməsi barədə bəyanatını şərh edib deyib: “Biz cənab Ərdoğanın səylərini, onun sülhməramlı fəaliyyətini, vasitəçilik xidmətləri göstərmək cəhdlərini, həmçinin Rusiya-Türkiyə münasibətlərinin inkişafına münasibətini yüksək qiymətləndiririk”, – deyə Dmitri Peskov konfrans zamanı bildirib. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin dekabrında Nobel Sülh Mükafatına namizəd olub. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
Onun fikrincə, cənab Ərdoğan Ukraynadakı vəziyyəti həll etmək üçün göstərdiyi səylərə görə mükafata layiqdir. Belə ki, Türkiyə prezidenti dəfələrlə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməyi təklif edib. Bundan əlavə, o, İstanbulda Rusiya-Ukrayna danışıqları üçün platforma təqdim edib, Ukrayna limanlarından taxıl ixracına dair razılaşmaların əldə olunmasını nəzərdə tutan taxıl sazişinin bağlanmasının təşəbbüskarlarından biri olub.
//Samir Qurbanov,Editor.az