Ukrayna Krımın güc yolla qaytarılması mövqeyindən əl çəkməyib, lakin Rusiya üçün bu, Rusiya Federasiyasının ərazisinin özgəninkiləşdirilməsini müzakirə etmək deməkdir. Bundan söhbət gedə bilməz.
Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, bilirsiniz ki, prezident (Vladimir Putin) bu barədə “xüsusi əməliyyat” başlamamışdan əvvəl dəfələrlə danışıb.
Ukrayna Konstitusiyasında deyilir ki, Krım zorla, hərbi yolla Ukraynaya qaytarılmalıdır. Və de-fakto, Ukrayna bundan imtina etməyib. Bizim üçün bu, Rusiya Federasiyasının ərazilərinin özgəninkiləşdirilməsi mövzusunun müzakirəsindən başqa bir şey deyil. Burada başqa anlayış ola bilməz, bundan söhbət gedə bilməz”. Qeyd edək ki, əvvəllər Rusiya öz konstitusiyasında guya Xerson şəhəri də daxil olmaqla Xersonun vilayətinə sahib olduğunu yazıb. Lakin sonradan rus ordusu Xersonu təslim etdi və şəhərə nəzarət Ukraynaya qayıtdı.
//Samir Qurbanov,Editor.az

