Editor.az xəbər verir ki,Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirməməsi ilə bağlı bəyanatını şərh edib.
“Biz ona inanmırıq”, – Peskov deyib.
Qeyd edək ki, Mixail Podolyak Ukraynanın “müdafiə müharibəsi” apardığını və Rusiya ərazisinə zərbə endirməyəcəyini demişdi.
Onun sözlərinə görə, təyyarələrin Rusiya infrastrukturuna daxili hücumlarının artması “çaxnaşma və parçalanma prosesləri” ilə bağlıdır.
//Samir,Qurbanov,Editor.az