Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) respublika üçün “təhlükə” adlandıran Ermənistanın baş naziri Nikola Paşinyanla qətiyyən razılaşmır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT-dən heç bir təhlükənin olmadığını vurğulayıb. “Biz Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, – Kreml nümayəndəsi mətbuata zəng zamanı bildirib.
Xatırladaq ki, Paşinyan bu gün, sentyabrın 18-də bildirib ki, ölkəsi KTMT ilə münasibətlərdə “dönüşü olmayan nöqtəyə” yaxındır. O, təşkilatda iştirakın dondurulması qərarını KTMT-nin “Ermənistanın təhlükəsizliyinə, onun suverenliyinə və dövlətçiliyinə təhdid yaratması” ilə izah edib. Nikol Paşinyan bildirib ki, Ermənistan bu il Avropa Birliyinə üzv olmaq istəyir.
//Samir Qurbanov, Editor.az