Dmitri Peskov: Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaqbackend

Dmitri Peskov: Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dəniz heç vaxt “NATO dənizi”nə çevrilməyəcək.

Editor.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun fikrincə, akvatoriya bütün sahilyanı ölkələr üçün əməkdaşlıq və qarşılıqlı əlaqə dənizi olaraq qalmalıdır. Aprelin 13-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Buxarestdə keçirilən təhlükəsizlik konfransında bildirib ki, Qara dəniz demilitarizasiya edilib, onu “NATO dənizi”nə çevirmək lazımdır.

NATO üzvü olan Türkiyə, Rumıniya və Bolqarıstanın Qara dənizə çıxışı var: “Əlbəttə, biz diqqət yetirdik. Bəyanatın özü iki ziddiyyətə əsaslanır: “NATO” və “demilitarizasiya” bir-birini istisna edən anlayışlardır. Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq, o, ümumi dənizdir”, – deyə Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Qara dəniz sahilində yerləşən dövlətlər üçün akvatoriya təhlükəsizlik və əməkdaşlıq zonasına çevrilməlidir. Bundan başqa, bu, bölünməyən təhlükəsizlik olmalıdır.

//Samir Qurbanov,Editor.az