Dmitri Peskov: Rusiya bundan sonra Finlandiyada baş verənləri diqqətlə izləyəcəkbackend

Dmitri Peskov: Rusiya bundan sonra Finlandiyada baş verənləri diqqətlə izləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansının genişlənməsi Rusiyanı həm taktiki, həm də strateji cəhətdən təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə vadar edir.

Editor.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın NATO-ya üzv olmaq qərarını şərh edərkən deyib: “Təbii ki, bu, bizi həm taktiki, həm də strateji cəhətdən öz təhlükəsizliyimizi təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir.

Moskva Şimali Atlantika Alyansına qoşulduqdan sonra Finlandiyada baş verənləri diqqətlə izləmək və buna əsaslanaraq, zəruri hesab etdiyi tədbirləri görmək niyyətindədir. Potensial olaraq bizi təhdid edəcək silahlar, sistemlər və infrastrukturın yerləşdirilməsi baxımından Finlandiya ərzisinin necə istismar edəcəyini”, Peskov deyib.

  //Samir Qurbanov,Editor.az