Kreml Ukraynanın şərtləri ilə sülh danışıqlarına razılıq vermək niyyətində deyil.
Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-nin təbliğatçılarına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, “Rusiya heç vaxt kənar qüvvələrin şərtlərinə əməl etməyib. Rusiya yalnız öz planlarına və sağlam düşüncəyə arxalanıblar”, – Peskov bildirib. Məsələyə münasibət bildirən BMT-nin spikeri Florensiya Soto Nino-Martines qeyd edib ki, baş katib Antonio Quterreş Ukrayna və Rusiya üçün vasitəçilik etməyə hazırdır, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır, – “ABC News” yazıb.
“Baş katibin keçmişdə dəfələrlə bəyan etdiyi kimi, o, yalnız bütün tərəflərin onun vasitəçilik etməsini istədiyi təqdirdə, vasitəçilik edə bilər”, – Nino-Martinez deyib.
//Samir Qurbanov, Editor.az

