Dmitri Peskov: Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayırbackend

Dmitri Peskov: Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarını şərh edərkən bildirib ki, Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təminatçısı kimi rolu vacibdir və buna görə regionu tərk etmək planları yoxdur.

Peskovun sözlərinə görə, Moskva Paşinyanın Cənubi Qafqazda sülhməramlı missiyanın uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşa bilməz. “Rusiya bu regionda vəziyyətin sabitləşdirilməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox mühüm rol oynamaqda davam edir.

Biz bu rolu davam etdirəcəyik”, – Peskov deyib. Kremlin sözçüsü bütün tərəflərin əvvəllər bağlanmış sazişlərə sadiqliyinin vacibliyinə diqqət çəkib. “Belə olan halda, bu regionun bütün müvafiq dövlətlərinin iki il əvvəl imzalanmış üçtərəfli sazişlərə əməl etməsi çox vacibdir. Məhz bu sazişlərə sadiqlik uğurun açarıdır”, – Peskov qeyd edib.

Xatırladaq ki, Ermənistan rəhbərliyi iddia edir ki, ölkə təhlükəsizlik məsələsində yalnız Rusiya Federasiyası ilə əməkdaşlıq etməkdə səhvə yol verib. Paşinyan həmçinin Rusiyanın guya Cənubi Qafqazı öz istəyi ilə tərk edəcəyini açıqlayıb. “Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç bir yeri tərk edə bilməz. Rusiya Ermənistanı tərk etməyəcək” – Peskov bildirib. Rusiya liderinin mətbuat katibi xatırladıb ki, “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır” və bunlar Rusiya Federasiyasının vətəndaşları və ölkənin vətənpərvərləridir.

//Samir Qurbanov, Editor.az