Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı bəyanatına münasibət bildiribbackend

Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı bəyanatına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı bəyanatına münasibət bildirib.

Sentyabrın 11-də “Krım platforması”nda çıxış edən Türkiyə prezidenti bildirmişdi ki, yarımadanın Ukraynaya qaytarılması beynəlxalq hüquq tələb edir və Rusiya-Ukrayna münaqişəsinə Ukraynanın suverenliyi əsasında son qoyulmalıdır.

Dmitri Peskovun sözlərinə görə, Rusiya və Türkiyə bu məsələdə “tamamilə razılaşmırlar”, lakin Rusiya tərəfi öz mövqeyini Türkiyə tərəfinə çatdırmaqda davam edir. “Eyni zamanda, türkiyəli dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etməyə davam etmək üçün məqsədyönlü cəhdlərdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, arqumentlərimizi daha yaxşı qiymətləndirməyə və razılaşmağa imkan verəcək”, – deyə Peskov mətbuata zəng zamanı bildirib. Dmitri Peskov Türkiyə prezidentinin bəyanatlarının ABŞ-ın onun iqtisadiyyatına tətbiq etdiyi sanksiyaların təzyiqini azaltmaq istəyi ilə bağlı olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyə “yalnız öz maraqlarını rəhbər tutmağa davam edir”.

//Samir Qurbanov, Editor.az