Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, hazırda Ukraynadakı vəziyyətin siyasi və diplomatik yolla nizamlanması perspektivləri yoxdur.
Bundan əvvəl Vladimir Putin bildirmişdi ki, Rusiya danışıqlara hazır olsa da, Kiyev bundan imtina edir. Editor.az bu barədə “İnterfaks”a istinadən xəbər verir. Peskovun sözlərinə görə, hazırda vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün belə perspektivlər görünmür. Qeyd eək ki, may ayında Kiyevin təşəbbüsü ilə Rusiya-Ukrayna danışıqları dayandırılıb. Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasını tələb edir.
//Samir,Editor.az

