Dmitri Peskov: Ukraynadakı “xüsusi əməliyyat”ın əsas məqsədi…backend

Dmitri Peskov: Ukraynadakı “xüsusi əməliyyat”ın əsas məqsədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınması Rusiya hərbi əməliyyatlarının məqsədlərindən biri olaraq qalır. Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə səfərini belə şərh edib. Onun sözlərinə görə, “bu, ölkəmiz üçün, onun təhlükəsizliyi üçün ciddi, əhəmiyyətli təhlükə yaradacaq”, – Peskov deyib. Rusiya prezidentinin mətbuat katibi diqqətə çatdırıb ki, Kreml Stoltenberqin Ukrayna paytaxtına gəlişi ilə bağlı Ukraynanın NATO-ya daxil olması perspektivlərini qiymətləndirməyib: “Xeyr, Kremldə perspektivlər barədə heç bir qiymətləndirmə yoxdur”, – o qeyd edib.

Qeyd edək ki, bu gün, aprelin 20-də səhər saatlarında Yens Stoltenberq elan olunmamış səfərlə Kiyevə gəlib. Bu barədə ilk olaraq Ukrayna mətbuatı məlumat yayıb. Daha sonra baş katibin səfəri NATO tərəfindən təsdiqlənib.

  //Samir Qurbanov,Editor.az