Dmitri Peskov: Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı qəti qərar verilməyibbackend

Dmitri Peskov: Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı qəti qərar verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidentinin bir gün əvvəl elan etdiyi Akkuyu AES-in açılışında dövlət başçısının şəxsən və ya videokonfrans vasitəsilə iştirakının mümkünlüyünü şərh edib.

Editor.az matbuat katibinin sözlərinə istinadən bildirir ki, hazırda Rusiya liderinin Mersinə səfəri və ya videobağlantı vasitəsilə açılış mərasimində iştirakı ilə bağlı qəti qərar verilməyib: “Bircə onu demək olar ki, təbii ki, bu və ya digər şəkildə Rusiya tərəfi adekvat şəkildə təmsil olunacaq və aprelin sonunda keçiriləcək mərasimdə iştirak edəcək”, – Peskov deyib.

Rusiya liderinin sözçüsü layihəni “çox vacib” adlandırıb və bunun ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayacağını izah edib. Bundan əlavə, o, Türkiyənin enerji sənayesi üçün atom elektrik stansiyasının yaradılmasının böyük əhəmiyyət daşıdığını, ona görə də stansiyanın açılışının ölkə üçün “çox mühüm mərhələ” olacağını bəyan edib.

  //Samir Qurbanov,Editor.az