Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Çeçenistan lideri Ramazan Kadırovun sentyabrın 17-də Moskva Mərkəzi Klinik Xəstəxanasında “öldüyü” şayiələrini şərh edib.
Onun sözlərinə görə, “Kreml Ramzan Kadırovun səhhəti barədə məlumat vermir, bu, prezident administrasiyasının işi deyil”, – Peskov bildirib.
Bundan əlavə, o, Putinin Kadırovu ötən həftəsonu – 16 və 17 sentyabrda görmədiyini də açıqlayıb Xatırladaq ki, Çeçenistan müxalifətinin lideri Abubakar Yanqulbayev ötən bazar günü Kadırovun öldüyünü elan edib.
//Samir Qurbanov, Editor.az