Dmitri Peskovun Rasim Musabəyova heç bir cavabı yoxdurbackend

Dmitri Peskovun Rasim Musabəyova heç bir cavabı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstintaq yekunlaşana qədər Rusiya dekabrın 25-də Aktau (Qazaxıstan) yaxınlığında baş vermiş Azərbaycana məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı heç bir qiymət verməyəcək.

Editor.az bildirir ki, bu barədə dekabrın 27-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu etməyəcəyik” – Peskov deyib.

KİV-in Kremlin “Embraer 190” təyyarəsinin Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulması ehtimalına görə Rusiyanın üzr istəməli olduğunu deyən azərbaycanlı deputat Rasim Musabəyovun bəyanatını görüb-görmədiyi sualına Peskov belə cavab verib: “Əlbəttə, biz bunu gördük, lakin dediklərimə əlavə edəcəyim heç nə yoxdur”, – mətbuat katibi vurğulayıb.

//Samir Qurbanov, Editor.az