Dmitriy Medvedyev: nə qədər mən sağam, onların…backend

Dmitriy Medvedyev: nə qədər mən sağam, onların…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dmitri Medvedev Telegram kanalında yazılarının niyə görə sərt olduğunu izah edib.

Bu barədə Editor.az “Komsomolskaya Pravda”ya istinadən məlumat verir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin fikrincə, bu, Rusiyanın düşmənlərinə olan nifrətlə bağlıdır. “Mən onlara nifrət edirəm. Onlar əclaf və tənəzzülə uğramış insanlardır. Onlar bizim və Rusiyanı ölməyini istəyirlər”, – Medvedev yazıb. “Lakin nə qədər ki, mən sağam, onların yox olması üçün hər şeyi edəcəyəm”.

Dmitri Medvedev bildirib ki, ABŞ Rusiyanın “xüsusi əməliyyatına” cavab olaraq Ukraynanı silahla təmin edir və sanki Rusiyaya qarşı “etibarnamə ilə müharibə” aparır. “Onlar hər şəkildə Ukraynada militarist əhval-ruhiyyəni, militarist çılğınlığı saxlamağa çalışırlar, necə deyərlər, sona qədər, öz dedikləri kimi, sonuncu ukraynalıya qədər mübarizə aparsın”, – deyə siyasətçi vurğulayıb.

Editor.az