Dmitriy Medvedyev: Rusiyanın məqsədi Lissabondan Vladivostoka qədər…backend

Dmitriy Medvedyev: Rusiyanın məqsədi Lissabondan Vladivostoka qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Putinin dostu Dmitri Medvedev Ukraynaya aid olan hər şeyə qarşı daha bir ukraynafobik, neonasist ittihamlar səsləndirib.

Editor.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Medvedyev “Rusiyanın Lissabondan Vladivostoka qədər açıq Avrasiya qurmaq” istədiyini bəyan edib və bu zaman “ukraynalıların rahatlığını” da düşündüklərini deyib.

O bildirib ki, təəssüf ki, Ukrayna, “zehni olaraq Üçüncü Reyxə çevrilib” və o da eyni aqibəti yaşayacaq. “Köklü ukraynaçılıq tarixdə heç vaxt olmayıb və indi də mövcud olmayan böyük saxtakarlıqdır”, – Medvedev bildirib. Xatırladaq ki, oxşar tezislər RİA Novosti-nin “Rusiya Ukrayna ilə nə etməli” məqaləsində də dərc olunub. Təbliğatçılar etnosidi – “nasist ortaqlarının” kütləvi məhv edilməsinə haqq qazandırblar. Onlar əslində bütün ukraynalıları və Ukrayna dövlətçiliyini məhv etməyə çağırıblar.

  Editor.az