Gecə saatlarında Rusiya bir neçə pilotsuz təyyarə qrupunu Ukrayna ərazisinə buraxıb.
Ukraynanın hava hücumundan müdafiəsi Dnepropetrovsk vilayəti üzərində düşmənin 13 pilotsuz uçuş aparatını və bir qanadlı raketi məhv etməyə müvəffəq olub.
Editor.az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak deyib. Zərbə və dağıntıların düşməsi nəticəsində bir neçə rayonda yanğınlar və dağıntılar qeydə alınıb. O cümlədən, Dneprdə özəl müəssisə, qaraj və avtomobil yanıb. Xilasedicilər tez bir zamanda yanğını söndürüblər.
Bundan əlavə, “vurulan pilotsuz təyyarələrin qalıqları Pavloqradda sənaye müəssisəsinin ərazisinə düşüb və orada zərbə qeydə alınıb. Yaranan yanğın artıq söndürülüb. İstehsalat obyektləri dağılıb”, – Lısak vurğulayıb.
//Samir Qurbanov, Editor.az

