Dneprin sol sahilində də Ukrayna bayrağı qaldırıldıbackend

Dneprin sol sahilində də Ukrayna bayrağı qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 3-də Ukraynanın dövlət bayrağı Dnepr çayının sol sahilində – Xersonla üzbəüz qaldırılıb.

Editor.az bildirir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Belə ki, Ukrayna hərbçiləri qayıqlarla Dnepr çayını keçərək şərq sahilində estakadaya bənzəyən taxta konstruksiyaya çatıb və sahilə yaxın qüllədə Ukrayna bayrağını qaldırıblar. ISW-nin yeni hesabatında qeyd edildiyi kimi, baş verənlər Ukrayna qüvvələrinin şərq sahillərində əməliyyat keçirməsi üçün imkanlar aça bilər.

“Sol sahildə müşahidə edilən Rusiya istehkamları göstərir ki, Rusiya qüvvələri şərq sahilində Ukraynanın hücumlarını gözləyir və Dnepr çayının cənubunda müdafiə xətləri qururlar. Çayın şərq sahilində mövqelərin yaradılması gələcək hücum üçün şərait yarada bilər. Əgər Ukrayna qoşunları cənubda bu istiqamətdə hücumu davam etdirmək qərarına gəlsələr, Ukrayna qoşunlarının işğal olunmuş Xerson vilayətində əməliyyatları davam edəcək”, – ekspertlər qeyd ediblər.

“Karlson” xüsusi bölməsində Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk dəfə sol sahildə ölkəmizin bayrağının göründüyü videoya belə şərh verilib: “Bu bayraq «Karlson” xüsusi təyinatlı dəstəsinin əsgərləri tərəfindən qaldırılıb – bu, Xerson vilayətinin sol sahilinin işğaldan azad edilməsi üçün tramplin olacaq! Əməliyyat uğurla başa çatıb və hamısı uşaqların dəqiq koordinasiya və hücum bacrıqları sayəsində”.

  //Samir Qurbanov, Editor.az