Dneprin sol sahilində döyüş əməliyyatlarının intensivləşəcəyi gözlənilir: əhali evakuasiya olunurbackend

Dneprin sol sahilində döyüş əməliyyatlarının intensivləşəcəyi gözlənilir: əhali evakuasiya olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 3-dən 5-ə qədər, hazırda Dnepr çayının sol sahilindəki kəndləri və müvəqqəti işğal olunmuş ərazini tərk etməyə vaxt tapmayan ukraynalıların təxliyəsi üçün humanitar tədbirlər davam etdiriləcək.

Editor.az bildirir ki, bu barədə Xerson Regional Dövlət Administrasiyası məlumat yayıb. “Bu ərazidə hərbi əməliyyatların mümkün intensivləşməsi ilə əlaqədar evakuasiya zəruridir. Ona görə də qeyd olunan müddət ərzində gündüz saatlarında suya giriş qadağası aradan qaldırılacaq.

Çay vağzalı hissədə keçidlərə icazə veriləcək. Çayın digər hissələrində qeyd olunan tarixlərdə isə buna icazə verilməyəcək. İşğaldan azad edilmiş əraziyə gəlmək üçün əlavə vaxta ehtiyac olarsa, vətəndaşlardan icazə verilən yeganə yer kimi yalnız Çay vağzalında yanalmalar xahiş olunur.

Evakuasiya zamanı şəxsiyyəti və Ukrayna vətəndaşlığını təsdiq edən sənədlərin olması zəruridir. Səlahiyyətlilər işğalçılarla razılaşmanın olub-olmaması və evakuasiyaya necə reaksiya verəcəkləri barədə məlumat vermir.

  //Samir Qurbanov, Editor.az