Ukrayna Silahlı Qüvvələri (USQ) Xerson vilayətinin 20-yə yaxın yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
Editor.az-ın məlumatına görə bu barədə mayın 11-də Xerson Regional Hərbi Administrasiyasının (RHA) rəhbəri Gennadi Laquta “Mediacenter Ukraine” YouTube kanalında yayımlanan brifinqdə məlumat verib.
O qeyd edib ki, hazırda əsas döyüş əməliyyatları Dnepropetrovsk və Nikolayev vilayətlərinin sərhədlərdə gedir: “Allaha şükür ki, Dnepropetrovsk vilayətində artıq 20-yə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib. Burada tədricən dinc həyat bərpa edilir, dövlət orqanları işləyir, pensiyalar ödənilir və humanitar qərargahlar fəaliyyət göstərir”.
Editor.az

