Bu gün, sentyabrın 25-də qondarma Dnestryanı respublikası ərazisidə partlayış baş verib. Bundan sonra Kitskani kəndində (Tiraspoldan 10 km aralıda) “S-300” raketinin qalıqları aşkar edilib.
Editor.az bildirir ki, bu barədə tanınmamış Dnestryanı Moldova Respublikası Birgə Nəzarət Komissiyasının (JCC) həmsədri Oleq Belyakov bildirib. Onun sözlərinə görə, yerli vaxtla 0:54-də “kifayət qədər ciddi partlayış” səsi eşidilib.
“Raket parçaları Dnestryanı əraziyə, “Yunost” küçəsindəki Kitskanı kəndindəki təhlükəsizlik zonasına düşüb”, – deyə Belyakov RİA bildirib. Hadisə yeri mühasirəyə alınıb, istehkamçılar və polis, eləcə də birləşmiş sülhməramlı qüvvələrin hərbi müşahidəçiləri ora yollanıb.
İlkin məlumatlara görə, həyətyanı sahədə döyüş raketinin parçaları aşkar edilib. Raketin 1968-ci ilə aid olduğu müəyyən edilib. Dağıntılar götürülüb və fövqəladə vəziyyət Fövqəladə Komissiyanın növbəti iclasında müzakirə olunacaq.
//Samir Qurbanov, Editor.az