DNT nəticələri açıqlandı – uşağın atası məşhur milyarderdir – FOTObackend

DNT nəticələri açıqlandı – uşağın atası məşhur milyarderdir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fatma D-nın 4 yaşlı oğlu Uzayın Türkiyənin məşhur biznesmeni Hacı Sabancıdan olduğu məlum olub. 

Məhkəmə-tibb ekspertizasının nəticələri açıqlanıb. Bu barədə “Hurriyet” məlumat yayıb.

Məhkəmə-tibb ekspertizasının hesabatında qeyd olunub ki, DNT analizlərinin nəticələrinə əsasən, uşağın atası 99, 99 % Hacı Sabancıdır.

“Əldə edilən nəticələrə görə, Hacı Sabancının 99,99 faiz ehtimalla Uzay D.-nin bioloji atası ola biləcəyi müəyyənləşib”.

Məlumat üçün bildirək ki, Hacı Sabancı 2021-ci ildə Nazlı Sabancı ilə evlənib. Onların bu nikahdan bir qız övladı dünyaya gəlib.

Sabancı ailəsi Türkiyənin ən zəngin ailələrindən biridir. (olay)