Doğuş Xoşqədəmə 100 min dollarlıq hədiyyə alıb?backend

Doğuş Xoşqədəmə 100 min dollarlıq hədiyyə alıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Doğuş bir saat brendinin xəstəsidir. Bir dəfə mənə dedi ki, gedək, kassaya saat götürəcəm. Baxdım ki, nə qədər o saatdan var”.

Editor.az  olay-a istinadən xəbər verir ki, bu sözləri “Günaydın Azərbaycan”da aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı müğənni Doğuş haqda söyləyib. O, deyib ki, həm də bahalı hədiyyələri  xoşlamır:

“Vaxtında Avropadan alıb, hədiyyə ediblər. Mənim də ona ilk hədiyyəm saat olub. “Duty Free”dən almışdım, ucuz da deyildi. Baxdı, dedi ki, təşəkkür edirəm. Sonra gözləyirəm, saatı taxsın. Günlərin bir günü dedim ki, o saatdan niyə istifadə etmirsən. Söylədi ki, sən görmüsən, mən o markadan başqa saat taxım? Sonra da məni apardı həmin kassaya… Onda gördüm ki, nə alsam da, bəyənməz”.

Hidayətqızı həmçinin verilişdə qonaq olan müğənni Təranə Qumralın “Doğuşun sənə aldığı 100 min dollarlıq hədiyyədən danış” deməyinə bu reaksiyanı verib:

“Mənə Doğuş 100 min dollarlıq heç nə almayıb, saat hədiyyə edib. Amma 100 minlik deyil. O qədər olsa, dərhal sataram. Mən bahalı şeyləri sevmirəm. Bir dəfə bahalı eynək almışdı, apardım, qaytardım. Ona demişəm ki, biznes-klassdan istifadə etmə. Tədbirlər üçün səfərləri istisna olmaqla biznes-klassda getmir. Dedim ki, səni digərindən bir pərdə ayırır. Nəyə görə bizness-klasda gedək? Qadınların gözəl görünmüsənin tərəfdarıyam. O brendlərə verilən pulu uşaqlarımın təhsilinə yatıraram. Mənim nə qədər pulum var, hamısı uşaqlarımın təhsilindədir. Onların indi 5 dil bilməsi, pianoda ifaları, rəsmlər çəkmələri və sairə. Mənim var-dövlətim hamısı övladlarımdadır”.