Doğuşdan sonra həyatını itirən qadınla bağlı RƏSMİ AÇIQLAMAbackend

Doğuşdan sonra həyatını itirən qadınla bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gecə Zərdab rayonunda doğuşdan sonra həyatını itirən xəstə uşaqlıqda çapıq diaqnozu ilə xəstəxanaya daxil olub”.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Məlumatda qeyd olunur ki, 1996-ci il təvəllüdlü, Zərdab rayon sakini 06.06.2024-cü il tarixdə saat 12:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub.

“Xəstə saat 12:00-da uşaqlıqda çapıq diaqnozu ilə mərkəzə daxil olub. Saat 14:00-da qeysəriyyə əməliyyatı icra edilib. Ana və uşağın səhhəti normal və qənaətbəxş hesab edilib. Saat 18:00-dan sonra xəstədə qıcolma, psixomotor oyanıqlıq müşahidə olunub və huşu pisləşib. Xəstə dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, lakin aparılan tibbi tədbirlərə baxmayaraq xəstənin onun xilas etmək mümkün olmayıb”.