backend

Dollar kəskin ucuzlaşdı – Hərracda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7279 səviyyəsində formalaşıb.
Mərkəzi Bank bu gün üçün USD/AZN məzənnəsini 1,7437 səviyyəsində müəyyən edib. Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,91% bahalaşıb.