Dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilirbackend

Dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilirGürcüstan Milli Bankı yanvarın 1-dən dedollarizasiya siyasətini sərtləşdirir və lari ilə kreditlərin verilməsi üçün yeni limit tətbiq edir.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, tənzimləyici yüksək maliyyə dollarizasiyasının səbəb olduğu struktur risklərinin azaldılması istiqamətində fəal iş aparır.

Qüvvəyə minən qaydalara əsasən, yanvarın 1-dən etibarən kredit təşkilatları xarici valyutada 500 min lariyə qədər (dollar ekvivalentində 177 min dollardan bir qədər çox) kredit vermək hüququna malik olmayacaqlar.

500 min lari məbləğində kredit limiti eyni valyutada tam təminatlı kreditlərə, Gürcüstanda qeydiyyatda olmayan hüquqi şəxslərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən kreditlərə şamil edilməyəcək.