“Dolların yüksəlişi milli banklara necə təsir edəcək?”-Açıqlamabackend

“Dolların yüksəlişi milli banklara necə təsir edəcək?”-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 0,75 faiz bənd artıraraq 3,75 – 4,0 faizə çatdırıb.
Bununla da FES il ərzində ardıcıl dördüncü dəfə uçot dərəcəsini artırıb.

Son faiz artımı ilə uçot dərəcəsi 2007-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.

Dolların yüksəlməsi Azərbaycan banklarına necə təsir edəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, verilən bu qərar dolların bahalaşmasına təsir göstərir:

“Azərbaycan manatında vaxtaşırı olaraq beynəlxalq bazarda qiymətlərdə oynamanın olması  müəyyən mənada məzənnəyə təsir edir. Buna baxmayaraq ölkədə stabilliyi saxlamaq üçün dövlət bacardığı qədər çalışır ki, idarə olunan valyuta  təsbit olunmuş məzənnəyə uyğun olaraq saxlasın. Azərbaycan manatı və dollar arasında mövcud olan əlaqələr qorunub saxlanılacaq”.

//Safura Bənnayeva, Editor.az