Domaqoy Vidanın yeni ünvanı bəlli oldubackend

Domaqoy Vidanın yeni ünvanı bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun “Beşiktaş” klubunun dayaq yarımmüdafiəçisi Damaqoy Vidanın “qara-qartallar”la müqaviləsi başa çatıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, xorvatiyalı oyunçunun yeni ünvanı Yunanıstanın AEK klubu olub. Dörd il yarım “Beşiktaş”ın heyətində olan Vida Yunanıstan təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Azad agent statusuna malik olan Vida bu transferdən 1.9 milyon avro qazanacaq.

Qeyd edək ki, Vida 2017-2018 mövsümündən “Beşiktaş”ın heyətində mübarizə aparır. O, bu illər ərzində 165 oyunda 16 qola imza atıb. 2021/2022 mövsümün son oyununda klubun azərkeşlərinə vida edərək klubu tərk edib.

//Nəzərbəy Hacıağayev, Editor.az