Dominikan Respublikasında daşqın baş veribbackend

Dominikan Respublikasında daşqın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karib hövzəsi ölkəsi Dominikanda leysan yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölüb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Təcili Hərəkət Mərkəzindən verilən açıqlamada noyabrın 17-dən etibarən davam edən leysan yağışın can və mal itkisinə səbəb olduğu bildirilib.

Güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 4-ü ABŞ, 2-si Haiti vətəndaşı olmaqla 21 nəfərin həyatını itirdiyi bildirilib.

14 əyalətdə qırmızı həyəcan elan edilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.

Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakət nəticəsində həyatını itirənlər üçün 3 günlük milli matəm elan etdiklərini açıqlayıb.

1583 ev daşqınlardan zərər çəkib, 7 min 915 nəfər təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb. Yağış bir çox rayonları işıqsız qoyub.

Nazir Yerlikaya əlverişsiz hava şəraitinin acı nəticələrini bölüşüb. Belə ki, 2 ölü, 50 yaralı, 12 dənizçi itkin düşüb.

//Səbinə Hüseynli, Editor.az