ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gələrsə, ABŞ NATO-dan çıxacaq.
Editor.az bildirir ki, bunu Amerikanın “NewsNation” telekanalının efirində Trampın keçmiş müşaviri Con Bolton bildirib. Onun sözlərinə görə, Donald Tramp “siyasi mənada fəlsəfəyə bağlı deyil”, onun üçün əsas meyar faydadır. Trampın ilk prezidentlik dövründə etdiklərinə işarə edənlər əslində “onun əks istiqamətdə hərəkət etmək istədiyini” bilmirlər.
ABŞ-ın keçmiş prezidentinin keçmiş müşaviri hesab edir ki, Tramp “ABŞ-ın NATO-dan çıxarılması siyasətini qaçılmaz olaraq davam etdirəcək və sonda bunu edəcək. O, NATO-nun mövcudluğunu təhdid altında qqoyub.
Düşünürəm ki, onun ikinci müddətində biz mütləq NATO-dan çıxacağıq”, –Bolton əlavə edib. Onun fikrincə, Respublikaçıların praymerizində Donald Trampın qələbəsi və prezident seçkilərində mümkün uğuru Amerika siyasətinə son dərəcə mənfi təsir göstərə bilər.
//Samir Qurbanov, Editor.az

