Donald Tramp 2024-cü il seçkilərində öz qələbəsinə 100 % inanır: onunla rəqabət apara biləcək kimsə yoxdurbackend

Donald Tramp 2024-cü il seçkilərində öz qələbəsinə 100 % inanır: onunla rəqabət apara biləcək kimsə yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində hazırkı prezident Co Baydenə qalib gəlmək şansının 100 %-ə yaxın olduğunu bildirib. Editor.az bildirir ki, bu barədə Tramp Britaniyanın “The Times” qəzetinin sualına cavab verərkən deyib.

Onun fikrincə, respublikaçılar arasında onunla rəqabət apara biləcək kimsə yoxdur. Xatırladaq ki, 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizəyə Donald Tramp başçılıq edir.

Florida qubernatoru Ron DeSantis və hindli mühacirin oğlu Vivek Ramasvami də daxil olmaqla, bir neçə nəfər də namizədlik uğrunda mübarizə aparır.

//Samir Qurbanov, Editor.az