ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək ABŞ prezident seçkilərində qalib gələcəyini və “Co Bayden adlı korrupsioner prezidenti” Ağ Evdən qovacağını bildirib.
Editor.az xəbər verir ki. o, bunu Şimali Karolinada Respublikaçılar Partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib. “2024-cü il noyabrın 5-də biz korrupsioner siyasi isteblişmentə qarşı çıxacağıq. Biz tamamilə korrupsioner olan Co Bayden adlı prezidenti Ağ Evdən qovacağıq”, – deyə Donald Tramp bildirib. O, “heç vaxt təslim olmayacağını” və “heç vaxt məğlub olmayacağını” əlavə edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Seçkilərdə Respublikaçılar Partiyasından 14 namizədin mübarizə aparacağı gözlənilir. Donald Tramp, Florida qubernatoru Ron DeSantis, Cənubi Karolina senatoru Tim Skott, iş adamı Vivek Ramasvami, Arkanzas qubernatoru Asa Hatçinson, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli və radio aparıcısı Larri Elder yarışda iştirak edəcəklərini açıqlayıblar. Respublikaçıların qələbəyə əsas namizəd Donald Trampdır.
//Samir Qurbanov,Editor.az

