ABŞ prezidenti Donald Tramp 75 ölkəyə gömrük rüsumlarının tətbiqinin təxirə salıb və bu qərarı amerikalıların əhval-ruhiyyəsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, ABŞ vətəndaşları və biznesləri yeni tariflərin tətbiqi xəbərindən sonra “panikaya” düşüblər. “Son günlərdə işlər bir az acınacaqlı görünür. İnsanlar həddindən artıq reaksiya verməyə, çaxnaşmaya başladılar” – Ağ Ev rəhbəri “The New York Times” bildirib. O əlavə edib ki, rüsumlar tətbiq olunandan bəri ABŞ bazarını izləyir.
“Mən istiqraz bazarını izləyirəm. “İstiqraz bazarı çox mürəkkəbdir, amma indi baxırsansa, gözəldir” -deyə Tramp yekunlaşdırıb. Eyni zamanda, Amerika administrasiyasının rəhbəri onun tətbiq etdiyi tariflərin birjaların çöküşünə səbəb olduğuna inanmır. Donald Tramp əmindir ki, bu, “sistem problemi” ilə bağlıdır.
Xatırladaq ki, aprelin 3-də ABŞ prezidenti 185 ölkəyə rüsumların artırılacağını açıqlayıb.
//Samir Qurbanov, Editor.az