Donald Tramp 8 mayı ABŞ-ın faşizm üzərində qələbə günü elan etdibackend

Donald Tramp 8 mayı ABŞ-ın faşizm üzərində qələbə günü elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp “Thruth” Social sosial şəbəkəsində bildirib ki, Birləşmiş Ştatlar Birinci və İkinci Dünya Müharibələrində qələbəyə digər ölkələrlə müqayisədə “müqayisə edilməz dərəcədə çox” töhfə verib.

Tramp həmçinin iki müharibə üçün müvafiq olaraq 11 noyabr və 8 may tarixlərini yeni bayramlar – Qələbə günləri elan edib. ABŞ prezidenti əlavə edib ki, “qələbələrimizi qeyd etməyə” başlamağın vaxtı çatıb.

“Biz hər iki müharibədə qalib gəldik, heç kim bizə güc, cəsarət və hərbi məharətlə yaxınlaşmadı, amma biz artıq heç nəyi qeyd etmirik – çünki daha bunu bacaran liderlərimiz yoxdur!” – Donald Tramp yazıb.

//Samir Qurbanov, Editor.az