Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri ola bilərbackend

Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texas ştatını təmsil edən respublikaçı konqresmen Troy Niels ABŞ Nümayəndələr Palatasının spikeri postuna ABŞ-ın keçmiş prezidenti Donald Trampın namizədliyini irəli sürüb.

“Kevin Makkarti bir daha spikerliyə namizəd olmayacaq. “Mən Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürürəm”, – deyə Niels X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) yazıb. Onun sözlərinə görə, Tramp spiker postuna ən layiqli namizəddir, ona görə də onun seçilməsi üçün hər cür səy göstərilməlidir.

Trampın özü hələlik konqresmen Troy Nielsin təşəbbüsünü şərh etməyib. Eyni zamanda, CNN-in qeyd etdiyi kimi, ABŞ-ın keçmiş prezidenti Kevin Makkartinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən istefası və bu qurumun yeni rəhbərinin seçilməsi üçün səsvermə ilə bağlı yaranmış vəziyyətə o qədər də diqqət yetirməyi planlaşdırmayıb. Xatırladaq ki, Kevin Makkarti oktyabrın 4-də keçirilən səsvermədə Nümayəndələr Palatasının sədri vəzifəsindən kənarlaşdırılıb.

//Samir Qurbanov, Editor.az