Amerika tarixində ilk dəfə olaraq Ağ Evin keçmiş rəhbəri cinayət törətməkdə təqsirli bilinib.
Belə ki, Nyu-York məhkəmə iclasçılarının münsiflər heyəti yekdilliklə ABŞ-ın keçmiş prezidenti Donald Trampı keçmiş kino aktrisası Stormi Danielsə ödənişləri gizlətmək üçün biznes qeydlərini saxtalaşdırmaqda günahkar bilib.
Beləliklə, 5 noyabr 2024-cü il seçkilərindən sonra yenidən Amerikaya rəhbərlik etmək əzmində olan Tramp tarixdə cinayət törətməkdə təqsirli bilinən ilk Ağ Ev rəhbəri oldu. Hakim Xuan Merçan hökmü iyulun 11-nə təyin edib. Yüksək səs-küylü hadisə Donald Trampın ABŞ prezidentliyinə namizəd kimi rəsmən elan edilməli olduğu Miluokidə Respublikaçılar Partiyasının qurultayına bir neçə gün qalmış baş verəcək.
//Samir Qurbanov, Editor.az