Donald Tramp Avropa ölkələri ilə bağlı qərarını dəyişdibackend

Donald Tramp Avropa ölkələri ilə bağlı qərarını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə söhbətindən sonra Aİ ixracatına 50%-lik rüsumların tətbiqini bir aydan çox müddətə təxirə salmağa razılaşıb: “Bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mənə zəng edərək Avropa İttifaqı ilə 50% ticarət tariflərinin tətbiqi üçün son müddətin iyunun 1-dən uzadılmasını xahiş etdi.

Mən 2025-ci ilin 9 iyuluna qədər uzadılmasına razılaşdım”, – Tramp bildirib. O, qeyd edib ki, Avropa tərəfi onu əmin edib ki, tezliklə ticarət sazişinin əldə olunması üçün “ciddi danışıqlar” başlayacaq.

Söhbətdən sonra fon der Leyen Aİ-nin ticarət danışıqlarında sürətlə və qətiyyətlə irəliləməyə hazır olduğunu bildirib.
Daha əvvəl AK qeyd edib ki, hazırda Avropa ixracına bəzi rüsumların dayandırılması qüvvədədir: ixracın 70%-i 10-25%-lik rüsumlara məruz qalır.

//Samir Qurbanov, Editor.az