Donald Tramp Avropa ölkələrinə Ukraynaya çatdırılmaq üçün Amerikadan silah almağa icazə verəcəkbackend

Donald Tramp Avropa ölkələrinə Ukraynaya çatdırılmaq üçün Amerikadan silah almağa icazə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinə Ukraynaya çatdırılmaq üçün Amerika hərbi-sənaye kompleksindən silah və digər məhsullar almağa icazə verəcəyini açıqlayıb.

Pentaqonun rəhbəri Pit Heqset bu yaxınlarda bildirib ki, gələcəkdə Ukraynaya ölümcül və qeyri-öldürücü yardımın əsas hissəsi ABŞ tərəfindən deyil, Avropa ölkələri tərəfindən təmin edilməlidir.

“Statista” xidmətinin məlumatına görə, 24 yanvar 2022-ci ildən 30 iyun 2024-cü ilə qədər olan dövrdə Ukraynaya ən çox hərbi yardımı ABŞ (51,6 milyard avro), Almaniya (10,2 milyard avro), Böyük Britaniya (8,9 milyard avro), Danimarka (6,4 milyard avro) və Hollandiya (4,4 milyard avro) edib.

//Samir Qurbanov, Editor.az