Donald Tramp başladı…backend

Donald Tramp başladı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb. Sənəd Ağ Evin saytında dərc olunub.

ABŞ prezidentinin sözlərinə görə, ölkə digər ölkələrlə müqayisədə təşkilata çox pul ödəyir.

Sənəddə Çinin əhalisinin ABŞ-da yaşayan insanların sayından demək olar ki, üç dəfə çox olduğu, lakin eyni zamanda Çinin ÜST büdcəsinə 90% az vəsait köçürdüyü vurğulanır. Donald Tramp qeyd edib ki, bu vəziyyət ədalətsiz görünür, ona görə də təşkilatdan çıxmaq qərarı verilib.

2020-ci ildə prezident kimi ilk müddətində Donald Trump, təşkilatın COVID-19 koronavirus pandemiyasına cavab olaraq islahatlar həyata keçirməkdən imtina etməsi səbəbindən ÜST ilə əlaqələrin kəsildiyini açıqlamışdı. Lakin ABŞ-ın keçmiş prezidenti Co Bayden vəzifəsinin ilk günündə bu qərarı ləğv edən sərəncam imzalayıb.

//Samir Qurbanov, Editor.az