ABŞ prezidenti Donald Tramp hesab edir ki, İsrail İrana hücum etməkdən çəkinməlidir.
Editor.az bildirir ki, bu barədə o, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bildirib. “Axios” agentliyi ABŞ və İsrailin hakim dairələrindəki mənbələrə istinadən xəbər verir ki, Amerika dövlətinin başçısı Netanyahuya deyib ki, hazırda İranla nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün şans var. Buna görə də indi İrana qarşı hərbi əməliyyatı yersizdir.
Cavab olaraq Netanyahu Tehranı danışıqları sistematik şəkildə gecikdirməkdə ittiham edib və İran hakimiyyətinin real hərbi təhlükənin mövcudluğundan xəbərdar olması fikrini bildirib. Bununla belə, mənbələrdən biri izah edib ki, Tramp, görünür, İsrail baş nazirinin arqumentlərini dəyərləndirməyib – o, danışıqların yeni raundunun nəticələrini gözləmək niyyətində olduğunu cavablandırıb.
//Samir Qurbanov, Editor.az