Donald Tramp Böyük Britaniyaya səfər edəcəkbackend

Donald Tramp Böyük Britaniyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bu ilin sentyabrında Böyük Britaniyaya səfər etmək niyyətində olduğunu açıqlayıb. ABŞ prezidentinin sözlərinə görə, onu görüşə kral III Çarlz dəvət edib.

“Məni bir kral və bir ölkə, böyük bir ölkə dəvət edib… İnanıram ki, səfərin tarixi sentyabra təyin olunacaq”, – deyəTramp Ağ Evdə jurnalistlərə bildirib.
2025-ci ilin fevralında Böyük Britaniyanın Baş naziri Keir Starmer Donald Trampa Kralın şəxsi məktubunu təqdim edib. Teleqrafın xəbərinə görə, görüşün yeri əvvəllər güman edildiyi kimi Balmoral və ya Dumfries House deyil, Windsor Castle olacaq.

İki prezidentliyi dövründə Donald Tramp bir dəfə – 2019-cu ildə Böyük Britaniyaya rəsmi səfər edib və burada Kraliça II Yelizaveta tərəfindən qəbul edilib.

//Samir Qurbanov, Editor.az