ABŞ prezidenti Donald Tramp BRİKS qrupunun (Rusiya da daxil olmaqla 10 ölkəni əhatə edir) “ölü” bir qurum olduğunu bildirib.
O, bunu BRİKS-ə üzv ölkələrin ABŞ dollarına alternativ tapacağı təqdirdə, ona tariflər tətbiq etmək hədələri ilə əlaqələndirib. “Əgər dollarla oyun oynamaq istəsələr, elə həmin gün 100% tariflə vurulacaqlar və “yalvarırıq, yalvarırıq ki, bunu etmə” deyəcəklər. Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib ki, “BRİKS ölüb”.
Xatırladaq ki, BRİKS-ə Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya, BƏƏ və İndoneziya daxildir.
//Samir Qurbanov, Editor.az