Respublikaçılar Partiyasından prezidentliyə namizəd və ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu il məğlub olacağı təqdirdə 2028-ci ildə yenidən namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirib.
Bu barədə o sentyabrın 22-də Amerikanın “Full Measure” proqramına müsahibəsində danışıb. Noyabrda uğursuz olarsa, dörd ildən sonra yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırırmı sualına Tramp belə cavab verib: “Xeyr, etməyəcəyəm. Mən bunu qətiyyən görmürəm. Ümid edirəm ki, bu il uğurlu olacağıq”, – Tramb deyib.
//Samir Qurbanov, Editor.az