Donald Tramp Çinlə sövdələşməyə hazırdır, bir şərtlə ki,…backend

Donald Tramp Çinlə sövdələşməyə hazırdır, bir şərtlə ki,…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Çinlə yalnız Amerika tərəfindəki ticarət kəsirinin aradan qaldırılması şərti ilə sövdələşməyə hazırdır.

“Çin üzündən biz ildə yüz milyardlarla dollar itiririk. Və bu problemi həll etməsək, mən müqavilə bağlamaq fikrində deyiləm. Mən razılığa gəlməyə hazıram, amma onlar artıq problemi həll etməli olacaqlar. “Çin hazırda çoxlu ziyan çəkir, çünki hamı bizim haqlı olduğumuzu bilir,” -Donald Tramp deyib.

Belə ki, aprelin 4-də Çin Xalq Respublikasının Dövlət Şurası ABŞ-dan gələn mallara 34 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Bu Trampın 185 ölkədən idxala tariflər tətbiq etmək barədə açıqlamasına cavabdır. Mart ayında tətbiq edilən 20%-ə əlavə olunarsa, faktiki tarif 54% olacaq.