ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə Co Baydenin prezidentliyi dövründə vəzifə tutan bütün prokurorları işdən çıxarmaq barədə göstəriş vermək qərarını açıqlayıb.
Bu barədə o, fevralın 19-da “Truth Social” sosial şəbəkəsində yazıb. “Son dörd il ərzində Ədliyyə Departamenti heç vaxt olmadığı kimi siyasiləşdirilib. Ona görə də mən Bayden dövründə qalan bütün prokurorların işdən çıxarılmasına göstəriş vermişəm. Biz indi “təmizləməli” və etimadı bərpa etməliyik.
Amerikanın qızıl dövrü ədalətli sistem üzərində qurulmalıdır – və proses, bu gündən başlayır”, – Ağ Ev rəhbəri yazıb.
//Samir Qurbanov, Editor.az

