Donald Tramp Co Baydendən müdafiə naziri Lloyd Ostini dərhal qovmağı tələb etdibackend

Donald Tramp Co Baydendən müdafiə naziri Lloyd Ostini dərhal qovmağı tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Bayden administrasiyasından müdafiə naziri Lloyd Ostini dərhal tutduğu vəzifədən azad etməyi tələb edir.

Editor.az “New York Post”a istinadən xəbər verir ki, Tramp “Truth Social”da deyib ki, Ostin “qeyri-peşəkar davranışına və vəzifəsini pozduğuna görə dərhal qovulmalıdır”.

“O, bir həftədir yoxa çıxıb və heç kimin, o cümlədən “müdiri”, əyri əl Co Baydenin onun harada olması və ya ola biləcəyi barədə heç bir fikri yoxdur.

O, pis işləyir və bir çox səbəblərə görə general Mark Milley ilə birlikdə işdən çıxarılmalıdır. Xüsusilə Əfqanıstanda fəlakətli bir şəraitdə təslim olduğu üçün. BU, bəlkə də ölkəmizin tarixində ən biabırçı məqamdır”, – “New York Post” keçmiş prezidentin sözlərindən sitat gətirib.

//Samir Qurbanov, Editor.az