Donald Tramp Co Baydenə meydan oxudu: Mən həmişə, hər yerdə, istənilən məkanda…backend

Donald Tramp Co Baydenə meydan oxudu: Mən həmişə, hər yerdə, istənilən məkanda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident Co Baydenlə mümkün qədər tez müzakirə aparmaq istədiyini bildirib.

Trampın sözlərinə görə, onlar Amerika xalqı üçün vacib olan məsələləri müzakirə etməlidirlər. “Mən həmişə, hər yerdə, istənilən məkanda müzakirəyə hazıram. Cavabınızı səbirsizliklə gözləyirəm”, – deyə Tramp “Truth sosial” şəbəkəsində yazıb.

Co Bayden jurnalistlərə deyib ki, Trampın “başqa işi yoxdur”. “Mən də onun yerində olsaydım, özüm özümlə mübahisə etmək istərdim”. Baydenin qərargahından “FoxNews”a bildirilib ki, Donald Tramp “diqqətdən yayınıb” və namizədlər arasında lazımi dialoq “uyğun vaxtda” aparılacaq.

Bir gün əvvəl ABŞ-da Demokratlar və Respublikaçılar partiyalarından namizədlərin ən böyük ilkin seçkiləri keçirildi. Səsvermənin nəticələrinə görə, Co Bayden və Donald Tramp səslərin çoxunu toplayıb.

//Samir Qurbanov, Editor.az