ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenin “xəyalpərəst dəli” olduğunu düşünür.
Editor.az bildirir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
O, Ədliyyə Departamentindən və FTB-dən “silah kimi” istifadə edən indiki prezidentin simasında ABŞ-ın “ölkəni cəhənnəmə aparan psixi fəlakət”lə üzləşdiyini bildirib.
“Mən inanıram ki, korrupsioner Co Bayden sadəcə axmaq və bacarıqsız deyil, əminəm ki, o, dəli olub”, – Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti dəfələrlə Baydeni tənqid edib – xüsusən də iyul ayında Pentaqonun artilleriya sursatlarının çatışmazlığı olduğunu etiraf edərkən.
Tramp həmçinin hesab edir ki, keçmiş siyasətçinin istintaq altında olmasına səbəb Co Bayden administrasiyasının “təqibləri”dir.
Donald Tramp məxfi sənədləri öz şəxsi mülkündə gizlətməəkdə ittiham olunur. Məhkəmə 2024-cü ilin may ayına təyin edilib.
//Samir Qurbanov, Editor.az